Kabildə törədilən terrorda 30-dək insan həlak olub

Kabildə törədilən terrorda 30-dək insan həlak olub
# 30 iyun 2016 11:30 (UTC +04:00)

Bakı - APA. Terrorçu-kamikadzelərin hücumu nəticəsində Əfqanıstanın paytaxtı Kabildə 30-dək insan həlak olub.

APA-nın "Röyters" agentliyinə istinadın verdiyi məlumata görə, 40-dək yaralı var.

Məlumatda bildirilir ki, içərisində polislər olan avtobusa yönəlik iki partlayış törədilib.

Terror aktına görə "Taliban" məsuliyyəti üzərinə götürüb.

Son aylar Əfqanıstanda vəziyyətin xeyli pisləşdiyi, "Taliban"ın böyük şəhərlərə terror hücumları təşkil etdiyi bildirilir.

Bununla yanaşı, ölkədə İŞİD qüvvələrinin də xeyli aktivləşdiyi hiss olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR