Ştaynmayer: “Donbasda “sükut rejiminə” dair yeni sənəd hazırlanır

Ştaynmayer: “Donbasda “sükut rejiminə” dair yeni sənəd hazırlanır
# 04 sentyabr 2016 20:50 (UTC +04:00)

Bakı-APA. ATƏT Ukraynanın Donbas bölgəsində “sükut rejiminə” dair yeni sənəd hazırlayır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

“Hazırda “sükut rejimi” ilə bağlı yeni sənəd üzərində işlər davam etdirilir. Düşünürəm ki, bu, bizə xarici işlər nazirləri səviyyəsində görüş keçirməyə imkan verəcək”, deyə F-V.Ştaynmayer qeyd edib.

Almaniya XİN rəhbəri həmçinin bildirib ki, Minsk razılaşmalarının həyata keçirilməsində yubanma müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR