Xaçmazda 5 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Xaçmazda 5 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim edilib
# 18 iyul 2016 13:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda 5 ədəd fərdi yaşayış evin Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə bildirilib ki, hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı üçün ölkəmizin bölgələrində fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Bundan başqa, müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi istiqamətində görülən işlərdən də söz açılıb, onlara yönələn sosial ödənişlərin mütəmadi onlara artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları diqqətə çatdırılıb. Əlilliyi olan insanların, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində də mühüm işlərin aparıldığı qeyd olunub.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə təqdim olunan evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR