Son 1 ildə Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 2% artıb

Son 1 ildə Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 2% artıb
# 17 sentyabr 2015 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ümumi sahəsi 1 169,5 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 24 min kvadratmetr və ya 2,09% artıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəli ilə müqayisədə bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713, martda 151 663, apreldə 174 993, mayda 134 249, iyunda 146 596, iyulda 168 835 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, avqustda bu göstərici 130 314 kvadratmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR