Lənkəranda minik avtomobili kanala düşüb, sürücü xəsarət alıb

Lənkəranda minik avtomobili kanala düşüb, sürücü xəsarət alıb
# 02 oktyabr 2015 15:02 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 2-də saat 16.30 radələrində rayonun Tütəpeştə kəndi ərazisində qeydə alınıb. Lənkəran sakini, 1993-cü il təvəllüdlü Hüseyn Hadi oğlu Mirzəzadənin idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala düşüb. Sürücü kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR