ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 6-ya çatıb

ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
# 30 may 2016 01:48 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb çatıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ostin şəhərində xilasedicilər itkin düşmüş qadının meyitini tapıblar. Daha bir şəxsin meyitini xilasedici helikopterin heyəti aşkarlayıb.


Bundan əvvəl yerli hökumət orqanları daşqınlar nəticəsində 4 nəfərin öldüyünü təsdiq ediblər. Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Texas ştatının bir sıra yaşayış məntəqələrində daşqınlara görə evakuasiya elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR