Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının XV iclası keçirilib - FOTO - YENİLƏNİB

Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının XV iclası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 09 oktyabr 2015 15:16 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasa Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozin sədrlik edib.

D. Roqozin gündəlikdə Rusiya-Azərbaycan əməkdaşlığı, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin olduğunu söyləyib. İki ölkə arasında siyasi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini söyləyən Rusiya baş nazirinin müavini ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

D. Roqozin Y. Eyyubovun Rusiya prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edildiyini də diqqətə çatdırıb: "Biz həmsədr olduğunuz komissiyanın fəaliyyətindən məmnunuq".

Y. Eyyubov da Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib. Dövlət başçıları arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu vurğulayan Y. Eyyubov bildirib ki, iki ölkə arasında bütün sahələrdə inkişaf tempi yüksəkdir.

Sonra Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov və Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış ediblər. Nazir müavinləri iki ölkə arasında olan ticarət dövriyyəsinin həcmi, iqtisadi-ticarət layihələrinin vəziyyəti, qarşılıqlı investisiyaların həcmi barədə geniş məlumat veriblər.

Sonda Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın XV iclasının yekun protokolu imzalanıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev və digər şəxslər yer alıblar.

*** 14.13

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasa komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin 1-ci müavini Yaqub Eyyubov və Rusiya tərəfdən həmsədri, baş nazirin müavini Dmitri Roqozun sədrlik edir.

Azərbaycan nümayəndə heyətinə Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev və digər şəxslər daxildir.

Görüşün yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR