Ərdoğan: "Terrorun yaxşısı, pisi olmaz"

Ərdoğan: "Terrorun yaxşısı, pisi olmaz"
# 16 oktyabr 2015 12:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bu gün Suriyada baş verənlər inqilab cəhdi deyil, Suriya xalqının qurtuluş mübarizəsidir”.

APA-nın “Milliyət”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 çərçivəsində keçirilən "Women20" zirvə toplantısının açılış mərasimində çıxşında deyib. O, Türkiyənin Suriya xalqının qurtuluş mübarizəsini dəstəklədiyini bildirib: “Türkiyə adı, məqsədi nə olur olsun, bütün terror təşkilatlarına qarşıdır. Bəzi ölkələr kimi terror təşkilatlarının bəzilərini dəstəkləyib, bəzilərinə qarşı mübarizə aparırmış kimi görünmək terrorun yanında olmaq deməkdir. İŞİD, PKK, PYD kimi qruplar Suriya xalqının qurtuluş mübarizəsinə qarşıdır. Bir terror təşkilatının lideri onlara 50 ton silahın göndərildiyini deyir və daha da artığının göndəriləcəyini açıqlayır. Bu barədə soruşduqda İŞİD-ə qarşı döyüşəcəyini deyirlər. “Əl-Nüsra” adlı təşkilat da İŞİD-ə qarşı döyüşür. Terrorun yaxşısı, pisi olmaz. Bu gün dəstəklədiyiniz terrorçular sabah silahlarını sizə yönəldəcəklər”.

R. T. Ərdoğan bu yaxınlarda növbəti laureatlarının müəyyənləşdiyi Nobel mükafatının da siyasiləşdirildiyini və sifarişlə verildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR