“Atrabank” aktivlərini artırıb

“Atrabank” aktivlərini artırıb
# 29 oktyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin III rübündə “Atrabank” ASC-nin aktivlərinin həcmi 120,322 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,15% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 65,582 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 58,51% çoxdur.

2015-ci ilin oktyabr ayının 1-ə bankın istehlak kreditlərinin həcmi 17,664 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə olan göstəriciyə nisbətən 23,79% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 11,92% artaraq 12,465 mln. manat olub. Başqa sözlə, bankın problemli kreditlərinin ümumi kredit portfelində çəkisi 19,01% təşkil edib.

Bankın depozit portfeli hesabat dövrü ərzində 45,87% artaraq 24,240 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 21,506 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 43,96% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,37 dəfə 50,511 mln. manata çatıb, nizamnamə kapitalı isə 2,23 dəfə artaraq 45 mln. 612,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 34,94% artaraq 5,978 mln. manat, xərcləri isə 46,36% artaraq 6,477 mln. manata çatıb.

Bu ilin doqquz ayını bank 498,88 min manat zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 13 filialı, 18 bankomatı, 49 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR