Qaxda avtomobil yanıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Qaxda avtomobil yanıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2015 07:16 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda baş verən yol qəzası nəticəsində bir nəfər ağır yanıq xəsarətləri alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 08.14 radələrində Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində, rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Tərlan Fərhad oğlu Cəbrayılov “Mercedes” markalı, 90-TZ-735 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı qoz ağacına çırpılıb. Hadisə nəticəsində avtomobildə yanğın baş verib. Yanıq xəsarətləri alan sürücü avtomobildən çıxa bilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səylərinə baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb. Yanıq xəsarətləri alan Tərlan Cəbrayılov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan APA-ya bildirilib ki, T.Cəbrayılova 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR