Bu il Qız Qalasını 155 mindən çox adam ziyarət edib

Bu il Qız Qalasını 155 mindən çox adam ziyarət edib
# 23 oktyabr 2015 08:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2015-ci ilin 9 ayı ərzində Qız Qalasını 155.614 nəfər (2014-cü ilin eyni dövründə - 137.235), Şirvanşahlar Sarayı Kompleksini isә 73.455 nəfər (2014-cü ilin eyni dövründə - 63.154) qonaq ziyarәt edib.

Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. İdarədən bildiriblər ki, UNESСO‑nun Dünya Maddi İrs Siyahısında yer almış İçәrişәhәrin dünya әhәmiyyәtli abidәlәri ‑ Qız Qalası vә Şirvanşahlar Sarayı Kompleksi hәr il minlәrlә yerli vә xarici qonağı qәbul edir.

2014-cü ilin nəticələrinə əsasən Qız Qalasının ziyarətçilərinin sayında ötən illərə nisbətdə iki dəfəyə, Şirvanşahlar Sarayı Kompleksində isə 50%-ə qədər artım müşahidə edilib.

Bunlarla yanaşı, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna gələn ziyarətçilərin sayı da ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. 2015-ci ilin 9 ayı ərzində qoruğu 68.469 nəfər (2014-cü ilin eyni dövründə - 48.174) ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR