Noyabrın 7-dən 10-dək ölkədə müşahidə olunan hava şəraiti barədə məlumat açıqlanıb

Noyabrın 7-dən 10-dək ölkədə müşahidə olunan hava şəraiti barədə məlumat açıqlanıb
# 10 noyabr 2015 08:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) noyabrın 7-dən 10-dək ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti barədə məlumat açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 07-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR