Masallıda 6 otaqlı ev yanıb

Masallıda 6 otaqlı ev yanıb
# 02 sentyabr 2016 18:04 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ətcələr kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR