Bakıda sərxoş sürücü yol qəzası törədib

Bakıda sərxoş sürücü yol qəzası törədib
# 10 fevral 2016 01:55 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Nəsimi rayonunda sərxoş sürücü yol qəzası törədib. APA-nın məlumatına görə, Arzu Hüseynov idarə etdiyi "Volkswagen Golf" markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus "Volkswagen Passat" markalı avtomobili vurub.

Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən "Qolf"un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR