Məişət cihazlarının satışı ilə məşğul olan iri şirkət yenidən təşkil olunur

Məişət cihazlarının satışı ilə məşğul olan iri şirkət yenidən təşkil olunur
# 17 avqust 2016 09:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda iri məişət cihazlarının satışı ilə məşğul olan şirkət yenidən təşkil olunur.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Baku Electronics” MMC “Vulkan S” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3066-cı məhəllə, Binəqədi şossesi, 168B ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR