ABŞ-ın Azərbaycandakı Səfirliyi işlənmiş avtomobillərin hərracını təşkil edəcək

ABŞ-ın Azərbaycandakı Səfirliyi işlənmiş avtomobillərin hərracını təşkil edəcək
# 11 noyabr 2015 12:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın Azərbaycandakı Səfirliyi noyabr 13-də saat 11:00-də işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirəcək. APA-nın məlumatına görə, auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) təşkil olunacaq.
9 avtomobil satışa çıxarılacaq. Satuş üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən edilib.
Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkün olacaq. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malları dəyəri dərhal ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR