BDU-da “Bilik günü” münasibətilə tədbir keçirilib - FOTO

BDU-da “Bilik günü” münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 11:15 (UTC +04:00)

BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını əlamətdar tarix münasibətilə təbrik edib.

Biologiya fakültəsinin dekanı Akif Quliyevin çıxışından sonra rektor yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukleti təqdim edib, xatirə şəkli çəkdirib. Universitetin və respublikamızın 3 rəngli bayrağı dövlət himninin sədaları altında yuxarı qaldırılıb.

Qeyd edək ki, bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 60 ixtisas üzrə 4269, magistratura pilləsinə 199 ixtisaslaşma üzrə 617, “SABAH” qruplarına isə 13 ixtisas üzrə 179 tələbə daxil olub. Bakalavr pilləsinə daxil olan tələbələrdən 6 nəfəri Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda, SABAH qrupları üzrə Azərbaycan dili və müəllimliyi ixtisası açılıb, bu qrupun bütün auditoriyaları texniki avadanlıqla tam təmin olunub. SABAH-ın 25 nəfər tələbəsi Londonda yay məktəbində iştirak ediblər.

Bu il universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində dövlət və ictimai münasibətlər, Marketinq ixtisasları açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR