Bərdədə iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Bərdədə iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb
# 04 yanvar 2016 19:17 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə Bərdə- Yevlax yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

1986-ı il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi 01 BP 528 dövlət nömrə nişanlı avtomobil 1980-cı il təvəllüdlü Rəşad Yadigarovun idarə etdiyi 90 SV 540 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə hər iki sürücü və VAZ-2106 markalı maşında olan sərnişin, 1988-ci il təvəllüdlü Fərqanə Məmmədova müxtəlif bədən xəsarəti ilə Bərdə MRX-na çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR