Qadının boyunbağını zorla alan şəxsə 7 illik həbs cəzası verilib

Qadının boyunbağını zorla alan şəxsə 7 illik həbs cəzası verilib
# 26 may 2016 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ziya Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z. Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabr ayında Bakıda küçədə qadına qarşı soyğunçuluq etmiş Z. Ağayev tutulub. O, Bakı şəhər sakini Sevil İsmayılovaya qarşı zor tətbiq edərək qızıl boyunbağını qoparıb qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR