Prezident Ağstafada müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib

Prezident Ağstafada müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib
# 19 oktyabr 2016 13:03 (UTC +04:00)

Bakı - APA-Economics. Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada yeni istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və ardıcıl işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin açılması istiqamətində mühüm layihələr icra olunub. “Karvan-L EKO” sənaye parkının tikintisi də bunun əyani göstəricisidir.

Dövlət başçısı müəssisələrin və istixana kompleksinin açılışını edib.

Prezident İlham Əliyev yeni müəssisələrlə tanış olub, sonra isə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR