Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Oktyabr
# 22 oktyabr 2016 18:03 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Mosul əməliyyatı fonunda qəfildən Kərkükün gündəmə gəlməsi də türkmən kartına oynamaq istəyidir. Kərkük İraq türkmənlərinin simvoluna çevrilmiş şəhərdir, amma türkmən üçün Telaferlə Kərkükün, Tuzhurmatı ilə Kərkükün elə bir ciddi fərqi yoxdur. Elə sünni, şiə olmaq da türkmənlər üçün fərq etmir. Çünki İraq türkmənləri Yaxın Şərq coğrafiyasında milli mənsubiyyəti dini kimliyini üstələmiş bəlkə də yeganə toplumdur. Gerçək müsəlmandırlar, amma məzhəb fərqi qoymazlar. Bu səbəbdən kənar qüvvələrin türkmənlər daxilində sünni-şiə qarşıdurması yaratmaq istəyi həmişə gözündə qalıb. Telafer şiədir, Kərkük sünnidir deyə bir şey yoxdur, türkmən həmişə milli kimliyinin davasını edib. Və türkmənlər bölgənin ən tolerant xalqıdır, uzun illər kötək yeməsinə rəğmən kürdlərlə də, ərəblərlə də xoş münasibəti qorumağa çalışıb. Səbəb birdir - parçalansalar, xalq kimi mövcudluqlarını itirəcəklərini bilirlər. Bu baxımdan türkmənlər üzərindən oynanan məzhəb davaları gözlənilən effekti vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR