FİFA-nın islahatlar üzrə komitəsinin ilk iclasının tarixi məlum olub

FİFA-nın islahatlar üzrə komitəsinin ilk iclasının tarixi məlum olub
# 21 avqust 2015 03:24 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) islahatlar üzrə komitəsinin ilk iclası sentyabrın ayının 2-3-də İsveçrənin Bern şəhərində keçiriləcək.

APA-nın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, islahatlara dair təkliflər təsdiqlənmə üçün qurumun 2016-cı il, fevralın 26-da keçiriləcək növbədənkənar Konqresinin gündəminə daxil ediləcək.

Qeyd edək ki, fevralın 26-da eyni zamanda FİFA-nın yeni prezidentinin seçkiləri keçiriləcək.

Xatırladaq ki, mayın 29-da Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilmiş, iyunun 2-də isə istefaya gedəcəyini bildirmişdi. Bundan əvvəl FİFA-da korrupsiya qalmaqal baş vermiş, Federasiyanın bir sıra yüksək vəzifəli əməkdaşları həbs edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR