Bakıda Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək

Bakıda Azərbaycan-Avstriya Biznes Forumu keçiriləcək
# 02 may 2018 10:25 (UTC +04:00)

Bu ilin mayın 17-də Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan- Avstriya Biznes Forumu keçiriləcək.

Bu barədə "APA-Economics"ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.

Tədbirə energetika İKT, konsaltinq, tikinti, müxtəlif növ sayğaclar, taksometrlər, maşınqayırma, metallurgiya, yanğın söndürmə avadanlıqlar, logistika, mebel, tullantıların təkrar emalı, süni qar yağdırma avadanlıqları, təbii uçqunlarından mühafizə sitemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və digər sahələrdə fəaliyyət göstərən 20-dən artıq Avstriya şirkətinin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR