Gürcüstanda azərbaycanlıdan heroin götürülüb

Gürcüstanda azərbaycanlıdan heroin götürülüb
# 31 iyul 2015 09:05 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda Marneuli sakini olan azərbaycanlıdan narkotik vasitə götürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyinin Baş Cinayət Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat zamanı Marneuli sakini, 1985-ci il təvəllüdlü Elşən S. Tiflisdə saxlanılıb. Onun üzərindən 25,7249 qram heroin tapılaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR