Gəncə sakini körpüdən yıxılaraq ağır xəsarət alıb - VİDEO

Gəncə sakini körpüdən yıxılaraq ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 11 iyul 2015 09:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayının üzərində olan körpüdə baş verib.

Şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Məmmədov körpü üzərində hərəkət edərkən ehtiyatsızlıqdan körpüdən yıxılıb. Ağır bədən xəsarətləri alan 49 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onu vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR