Xaçmazda 7 otaqlı evdə yanğın olub

Xaçmazda 7 otaqlı evdə yanğın olub
# 13 yanvar 2018 21:20 (UTC +04:00)

Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Bəyqışlaq kəndində 7 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində aynabəndin tavanı 3 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR