Bu il Bakıda əsas kapitala 3,7 mlrd. manat vəsait yönəldilib

Bu il Bakıda əsas kapitala 3,7 mlrd. manat vəsait yönəldilib
# 04 iyun 2018 14:52 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 mlrd. 679,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,8% az vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 51,2%-i dövlət, 48,8%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,2%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,9%-ni əsaslı təmir, 5,6%-ni cari təmir, 18,3%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 82,2%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR