® “Rabitəbank” “MasterCard” beynəlxalq ödəmə sistemi ilə birgə "PayPass" kartlarının emissiyasına başlayıb

<font color=red>® </font> “Rabitəbank” “MasterCard” beynəlxalq ödəmə sistemi ilə birgə "PayPass" kartlarının emissiyasına başlayıb
# 11 oktyabr 2016 11:00 (UTC +04:00)

Rabitəbank ASC, kart sahiblərinə yüksək səviyyədə sürətli xidmət göstərmək məqsədi ilə “MasterCard” beynəlxalq ödəmə sistemi ilə birgə "PayPass" kartlarının emissiyasına başlayıb.

İndi Rabitəbankın müştəriləri “MasterCard Debit Contactless”- təmassız kart vasitəsilə alış-verişə və xidmətlərə görə saniyyələr içində ödəməni həyata keçirmək imkanını əldə edəcəklər.

Pay Pass kartları vasitəsi ilə bankın kart sahibləri həm kartı POS-terminala daxil edərək həm də daxil etmədən, kartı sadəcə olaraq terminala yaxınlaşdırmaqla təmassız qaydada ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının qüvvədə olan qaydalarına əsasən təmassız qaydada aparılan hər ödənişin yuxarı limiti olaraq 20 AZN təsdiqlənmişdir. Bu növ əməliyyatlar əsas olaraq xırda ödənişlər (fast-fudda, restoranlarda, mağazalarda ödəniş) üçün istifadə olunur. Müştərilərin nəzərinə çatdırmaq istəyirik ki, təmassız ödənişləri qəbul edən terminalların üzərində MasterCard PayPas loqotipləri qeyd edilib!

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir. Fəaliyyət göstərdiyi 23 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 21 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,15-si isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR