Bakıda və Şirvanda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Bakıda və Şirvanda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
# 02 avqust 2017 09:49 (UTC +04:00)

Bakıda və Şirvanda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Analoji hadisə Şirvan şəhərində qeydə alınıb. 2 nəfər çayda çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR