Istintaq təcridxanasına psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

Istintaq təcridxanasına psixotrop maddənin keçirilməsinin qarşısı alınıb
# 05 fevral 2018 09:03 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Heybətov Akif Nadir oğluna həyat yoldaşı Heybətova Tünzalə Zakir qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən çantanın cibində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,14 qram psixotrop metadon həbləri və 0,275 qram toz halında metamfetamin psixotrop maddəsi aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR