Paytaxtda quldurluqda şübhəli bilinən Lənkəran və Şirvan sakinləri saxlanılıb

Paytaxtda quldurluqda şübhəli bilinən Lənkəran və Şirvan sakinləri saxlanılıb
# 07 aprel 2018 09:59 (UTC +04:00)

Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə Bakı şəhər sakini İ. Həsənov müraciət edərək bildirib ki, axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı üç nəfər bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu alıblar.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxslər telefonun geri qaytarılması müqabilində İ. Həsənovdan 100 manat pul tələb ediblər.

O isə pulu verə bilməyib. Bu üzdən də həmin şəxslər telefonu götürərək aradan çıxıblar.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR