AFFA rumıniyalı futbolçunu cəzalandırıb

AFFA rumıniyalı futbolçunu cəzalandırıb
# 26 oktyabr 2016 11:40 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb.

Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR