II Şopinq Festivalının dövriyyəsi 33 milyon manatdan artıq olub, alıcılara 3 milyon manatdan çox ƏDV qaytarılıb

II Şopinq Festivalının dövriyyəsi 33 milyon manatdan artıq olub, alıcılara 3 milyon manatdan çox ƏDV qaytarılıb
# 05 dekabr 2017 12:39 (UTC +04:00)

İkinci Bakı Şopinq Festivalı ötən festivalda olduğu kimi uğurlu alınıb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildiriblər ki, oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir.

Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın "Tax Free" sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.

Alıcılar Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə Baku Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR