"İş Bankası": Azərbaycanın bank sektorunda baş verən proseslər diqqətimizdədir

"İş Bankası": Azərbaycanın bank sektorunda baş verən proseslər diqqətimizdədir
# 26 avqust 2015 09:26 (UTC +04:00)

"APA-Economics" xəbər verir ki, bunu "Türkiyə İş Bankası"nın baş direktoru Adnan Bali "Anadolu" agentliyinə müsahibəsində deyib.

A. Balinin sözlərinə görə, bank Azərbaycanı potensial ifadə edən, gələcək vəd edən ölkə kimi diqqətdə saxlayır: "Bizim çox elastik siyasətimiz var və biz bu siyasəti qanunvericilik və ticarət tələblərini nəzərə alaraq yürüdürük. Xarici ölkədə filial açılması zərurəti yarandığı halda, biz bunu edə bilərik. Hətta şərait imkan verərsə, siyasətimizə uyğun olaraq hətta yeni bir bank qura bilərik".

Bununla yanaşı, o qeyd edib ki, mövcud olan şərait "təəssüf ki, bu məsələdə arzu etdiklərimizi reallaşdırmağa imkan vermir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR