ADP deputatlığa namizədlərini təsdiqləyib

ADP deputatlığa namizədlərini təsdiqləyib
# 05 sentyabr 2015 11:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai siyasi vəziyyət, təşkilati məsələlər və partiyanın noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakı müzakirə olunub.

Ali Məclisin rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə yolu ilə Ali Məclisin üzvü İsa Cəfərov Ali Məclisin sədri, Nəbi Abbasov Ali Məclis sədrinin müavini, Mehparə Bəylərova isə Ali Məclisin katibi seçiliblər.

Partiyanın Ali Məslisi deputatlığa irəli sürülən namizədlərin siyahısını da təsdiq edib.

Qeyd edək ki, siyahıda ADP sədri Sərdar Cəlaloğlu, partiyanın sədr müavini Həsrət Rüstəmov, mətbuat katibi Nürəddin İsmayılov olmaqla, 21 namizədin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR