İsrailin tibb mütəxəssisləri Azərbaycanda seminar keçirir

İsrailin tibb mütəxəssisləri Azərbaycanda seminar keçirir
# 17 noyabr 2016 08:40 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İsrail səfirliyinin dəstəyi ilə İsrailin Ben-Qurion Universitetinin əməkdaşları “Düzgün klinik praktika” (Good Clinical Practice) adlı seminar keçirir.

Səfirlikdən APA-ya verilən məlumata görə, лlinikanın direktoru Surxay Hadıyev bu cür beynəlxalq tədbirlərin klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacağını bildirib. İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom Azərbaycan-İsrail əməkdaşlığının tək bu istiqamətdə deyil, gələcəkdə гniversitetlərarası həkim-tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməli olduğunu bildirib.

Sonra İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Universitet Tibb Mərkəzinin Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Aviva Qrosbard və əməkdaşı Naomi Amixay mühazirə ilə çıxış ediblər.

Üç gün davam edəcək seminarda universitet əməkdaşları ilə birlikdə Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Psixi Sağlamlıq Mərkəzinin nümayəndələri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR