İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1500 kilometr məsafədən hədəfi məhv edə biləcək raketləri Su-22 təyyarələrinə quraşdıraraq sınaqdan keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu SEPAH-ın Hərbi Hava Qüvvələri komandiri general Əmirəli Hacızadə təmirdən sonra yenidən SEPAH qüvvələrinin istifadəyə verilən Su-22 tipli təyyarənin təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, bu təyyarələr iranlı mütəxəssislər tərəfindən təmir olunub, yeni sistemlərlə təchiz edilib. Su-22 tipli təyyarənin bəzi sistemlərində yeni texnologiyalardan istifadə olunub. Görülmüş iş nəticəsində Su-22 təyyarələri “Simurq” tipli dəqiq hədəfi məhv edə bilən raketləri, “hava-yer”, “hava-hava” raketlərini daşıya və hədəfləri məhv edə bilər.