Abşeronda arvadını öldürən ər daha sonra intihara cəhd edib

Abşeronda arvadını öldürən ər daha sonra intihara cəhd edib
# 11 oktyabr 2016 08:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sabir Zahid oğlu Muxtarov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Arif qızı Muxtarovanın başına dəmir parçası ilə bir neçə dəfə vurmaqla onu qətlə yetirib.

S. Muxtarov daha sonra özünü bıçaqlayaraq intihara cəhd edib.

Hadisəni törədən S. Muxtarov saxlanılaraq xəstəxanana yerləşdirilib. Hazırda o polis nəzarəti altında müalicə olunur.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR