İtaliyada avtobus qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb - YENİLƏNİB

İtaliyada avtobus qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 21 yanvar 2017 08:25 (UTC +04:00)

İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "Assosiated Press” İtaliya polisinə istinadən məlumat yayıb.

Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır.

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.

***

saat 09.58

İtaliyada baş verən yol qəzasında 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.

APA-nın "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 20-də axşam Verona şəhərində baş verib.

Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.

Qəzanın detalları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR