Mərakeşdə baş verən ağır yol qəzasında 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Mərakeşdə baş verən ağır yol qəzasında 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 24 oktyabr 2016 00:41 (UTC +04:00)

Bakı-APA. Mərakeşdə ağır yol qəzası baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kasablanka şəhəri yaxınlığında qeydə alınıb.

Bərrəşid şəhərinə yollanan nəqliyyat vasitəsinin aşması nəticəsində azı 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Mərakeş nəqliyyat nazirliyinin hesablamalarına görə, bu il müxtəlif yol-nəqliyyat hadisələri nəticəsində 4 minədək insan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR