Yol qəzasında əlil olan şəxsə kompensasiya ödənilib

Yol qəzasında əlil olan şəxsə kompensasiya ödənilib
# 29 noyabr 2016 11:40 (UTC +04:00)

İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, ötən il dekabrın 26-da saat 19:30 radələrində Cəlilabad rayonu Bayxanlı-Qarazəncir yolunda Cəlilabad şəhəri istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin 2-ci qrup əlilliyə səbəb olmuş az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 3000 manat məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR