Bakıda yanan binada itkin düşən azyaşlı qız xəstəxanada dünyasını dəyişib - YENİLƏNİB

Bakıda yanan binada itkin düşən azyaşlı qız xəstəxanada dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2015 14:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda yanan binada itkin düşən azyaşlı qız dünyasını dəyişib.

Bu barədə APA-ya uşağın atası Elnur Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, 3 yaşlı Fərəh xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

***

saat 16.46

Bakı. Hafiz Heydərov – APA. Bakıda yanan binada itkin düşən azyaşlı tapılıb.

Bu barədə APA-ya itkin düşən uşağın atası Elnur Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, 3 yaşlı Fərəh Məhərrəmova xilasedicilər tərəfindən xilas edilərək təcilli yardım həkimlərinə təhvil verilib. Təcilli Yardım briqadası uşağı Respublika Klinik Xəstəxanasına yerləşdiriblər: “Hazırda onun yanına gedirəm”.

Qeyd edək ki, yanğın baş verəndən sonra sosial şəbəkələrdə binanın azyaşlı sakini F. Məhərrəmovanın itkin düşməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR