Ötən il 154 mindən çox vergi ödəyicisinin 2,3 mlrd. manatlıq borcu ləğv edilib

Ötən il 154 mindən çox vergi ödəyicisinin 2,3 mlrd. manatlıq borcu ləğv edilib
# 13 mart 2018 07:47 (UTC +04:00)

2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb.

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.

Sənədə əsasən, ləğv edilmiş borclardan 907 mln. 868,7 min manatı (və ya 39,7%) tam, 1 mlrd. 377 mln. 486,1 min manatı (və ya 60,3%) isə qismən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR