Suriyada dəstə başçısı daxil olmaqla 40 İŞİD silahlısı məhv edilib

Suriyada dəstə başçısı daxil olmaqla 40 İŞİD silahlısı məhv edilib
# 16 may 2015 17:54 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu ölkənin şimal-şərqindəki Deyr əz Zor əyalətində İŞİD terror qruplaşmasının 40 silahlısını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, öldürülənlər arasında İŞİD-in “neft naziri” Səudiyyə Ərəbistanının vətəndaşı Əbu əl Tayem əl Səudinin olduğu bildirilir.

Hərbi əməliyyat neft quyuları ilə zəngin olan Əl Ömər yatağında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR