Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub
# 30 yanvar 2017 09:10 (UTC +04:00)

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi Radek Smolka “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub.

APA-nın məlumatına görə, R. Smolkanın bəyanatında deyilir:

”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Radek Smolka, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə 2016-cı ilin dekabrın 6-da yaradılıb. Platforma münaqişənin sülh nizamlanmasına töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. Platformanın yaradılması təşəbbüsü beynəlxalq ictimaiyyətin marağına səbəb olub, münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib və bu sülhməramlı təşəbbüsünü münaqişənin sülh nizamlanması prosesində önəmli rolunu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR