Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri olacaq

Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri olacaq
# 31 may 2018 13:06 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ömrünün sonuna kimi ölkə Təhlükəsizlik Şurasının sədri vəzifəsində qala biləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan parlamentinin Senatı bu barədə qanun qəbul edib. “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında" qanunda bildirilir ki, ölkənin ilk prezidenti - Elbaşı öz tarixi missiyasına uyğun olaraq Təhlükəsizlik Şurasına ömürlük sədrlik etmək hüququna malikdir.

Bu, o deməkdir ki, N. Nazarbayen prezident vəzifəsindən getsə belə, ölkə siyasətinə təsir göstərmək imkanlarını əlində saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR