Fransanın Azərbaycandakı səfiri Lerikdə olub - FOTO

Fransanın Azərbaycandakı səfiri Lerikdə olub - <span style="color: red;">FOTO
# 23 iyul 2015 17:17 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, xarici diplomat öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevlə görüşüb. C.Baxşıyev səfirə rayonun qədim tarixi, sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Söhbət zamanı Paskal Mönye Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını qeyd edərək, paytaxtla yanaşı regionlarda da yüksək templə inkişafın, müasirləşmənin getdiyini, həmçinin bu gün dağlar diyarı Lerikdə olmasından məmnunluq hissi duyduğunu bildirib.

Görüşdən xatirə olaraq səfir Paskal Mönyeyə yerli ustalar tərəfindən hazırlanmış əl işləri nümunələrindən ibarət hədiyyələr və Lerik haqqında yazılmış kitablar təqdim edilib. Səfər çərçivəsində fransalı diplomat rayonun “Uzunömürlülər” muzeyinin eksponatları ilə də tanış olub. Qonağa rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilib. Səfir burada həmçinin rayon sakini, uzunömürlü Musa Bədəlovla da görüşüb söhbət edib.

Daha sonra Paskal Mönye fransız və Azərbaycan alimlərindən ibarət arxeoloji ekspedisiya tərəfindən rayonun Monidigah kəndində aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR