Azərbaycanın ən iri qida məhsulları istehsalçılarından biri ötən ili 16 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycanın ən iri qida məhsulları istehsalçılarından biri ötən ili 16 mln. manat xalis mənfəətlə başa vurub
# 06 avqust 2015 12:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ildə Azərbaycanın ən iri qida məhsulları istehsalçılarından biri “Azərsun Holdinq” ASC-nin aktivlərinin həcmi 424 mln. 266,842 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 75 mln. 421, 622 min manat və ya 21,62% çoxdur.

APA-Economics” “Azərsun Holdinq” MMC və onun törəmə müəssisələrinin 31 dekabr 2014-cü il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il holdinqin məcmu kapitalı 16 mln. 180,935 min manat və ya 10,67% artaraq 167 mln. 771,459 min manata çatıb.

2013-cü il ilə müqayisədə 2014-cü ildə holdinqin gəlirləri 58 mln. 528,917 min manat və ya 16,32% azalaraq 300 mln. 017,539 min manat olub. Ötən il “Azərsun Holdinq”in xərcləri 280,3 mln. manat təşkil edib. Şirkət 19,7 milyon manatlıq əməliyyat mənfəətindən 3,1 milyon manat mənfəət vergisi ödəyib. MMC 2014-cü ili 16 mln. 168 min manat xalis mənfəətlə başa vurub. Başqa sözlə, 2013-cü il ilə müqayisədə holdinqin xalis mənfəəti 44% azalıb.

Müqayisə olunan dövrdə holdinqin cəmi öhdəlikləri 59 mln. 240,687 min manat və ya 30,03% artaraq 256 mln. 495,383 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR