Hindistanda baş verən daşqınlar 100-dən çox insanın həyatına son qoyub

Hindistanda baş verən daşqınlar 100-dən çox insanın həyatına son qoyub
# 03 avqust 2015 09:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Güclü musson yağışları Hindistanda 100-dən çox insanın ölməsinə, on minlərlə insanın ev-eşiyini tərk etməsinə səbəb olub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, təbii fəlakətdən ən çox Qərbi Benqal ştatı zərər çəkib.

Evsiz-eşiksiz qalan 200 mindən çox insan müvəqqəti düşərgələrdə yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qərbi Benqalda 4 milyona yaxın insan daşqınlardan zərər çəkib. Xəstəliklərin qarşısını almaq üçün əraziyə 200-dən çox tibb personalı cəlb olunub.

Racastan ştatında 28, Şərqi Orissada azı 5 nəfər həyatını itirib. Xilasedicilər 10 mindən çox insanı təxliyə ediblər.

Qucaratda 14 milyon insan daşqınlardan zərər çəkib. 20 nəfər isə Manipur ştatında torpaq sürüşməsinin qurbanı olub. Myanmada daşqınlar nəticəsində 27 nəfər ölüb.

Qeyd edək ki, illik yağıntıların 80%-nin iyun və sentyabr ayları ərzində düşməsi nəticəsində Hindistan müntəzəm olaraq bu mövsümlərdə daşqınlarla üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR