Gəncə Şəhər Baş Polis İdarəsində məişət zorakılığı ilə bağlı zona seminar-müşavirəsi keçirilib

Gəncə Şəhər Baş Polis İdarəsində məişət zorakılığı ilə bağlı zona seminar-müşavirəsi keçirilib
# 11 sentyabr 2015 12:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun və «Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında» Daxili İşlər Nazirliyinin (DİN) müvafiq Kollegiya qərarının şəxsi heyət tərəfindən öyrənilməsi, əməli fəaliyyətdə tətbiqi, bu sahədə əlaqədar dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətin səmərəli təşkili məqsədilə respublikanın şəhər, rayon polis orqanlarında zona seminar-müşavirələri keçirilir.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbir respublikanın Qərb, Qarabağ və Aran bölgələrinin şəhər və rayonlarının bayır və ictimai təhlükəsizlik xidmətlərinin məsul əməkdaşlarının iştirakı ilə sentyabrın 11-də Gəncə Şəhər Baş Polis İdarəsində baş tutub.

Seminar-müşavirəni giriş sözü ilə açan nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov məişət zorakılığı, uşaqların və qadınların hüquqlarının pozulması, gender bərabərsizliyi kimi ifadələrin son zamanlar gündəlik həyatımızda daha çox işləndiyini, bu problemlərin dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da mövcud olduğunu bildirib.

Seminar-müşavirədə yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkili ilə bağlı uşaq hüquqlarına dair ölkə qanunlarının və beynəlxalq aktların xidməti fəaliyyətdə tətbiqi, habelə, məişət zorakılığından daha çox əziyyət çəkən uşaqların reabilatisayısı və təlim-tərbiyəsində valideynlərin, pedaqoji kollektivlərin, dövlət və qeyri-dövlət təşkilatlarının, İctimai Şura üzvlərinin rolunun artırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi nəzərə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR